\
22 Noyabr 2024 - Cümə

Siqaretin idxalı sahəsində yeni tələb qoyulub

Siqaretin idxalı sahəsində yeni tələb qoyulub
1514baxış

Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.


Bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir. Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.