\
8 Sentyabr 2024 - Bazar günü

Röya 10 min insan qarşısında!

Röya 10 min insan qarşısında!
1580baxış

Azərbaycanın və Qafqazın ən böyük istirahət mərkəzi olan "Dalğa Beach"də yayın ən böyük konserti baş tutacaq.

"Report" xəbər verir ki, Azərbaycanın xalq artisti Röya Ayxan sevənləri ilə "Dalğa Beach"də görüşəcək.

Müğənni ən sevilən mahnılarını "Dalğa Beach"də açıq havada izləyəciləri üçün ifa edəcək.

Möhtəşəm konsert 20 iyul tarixində baş tutacaq və konsertdə 10 minə yaxın insanın iştirakı gözlənilir.

Biletləri "Dalğa Beach"dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan "Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.

https://iticket.az/events/concerts/roya-dlg24/120472