\
22 Noyabr 2024 - Cümə

İranın Kerman əyalətində 4, 9 maqnitudalıq zəlzələ olub

İranın Kerman əyalətində 4, 9 maqnitudalıq zəlzələ olub
1541baxış

İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.

Hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.

Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.

İtki və dağıntı barədə məlumat yoxdur.