\
18 Oktyabr 2024 - Cümə

Tramp tədbirə qulağı sarğılı qatıldı - Video

Tramp tədbirə qulağı sarğılı qatıldı - Video
1537baxış

ABŞ prezidentliyinə namizəd Donald Tramp respublikaçıların Miluoki şəhərində keçirilən qurultayının ilk gecəsində iştirak edib.

4 gün davam edəcək tədbirə o, qulağı sarğılı qatılıb.

Alqışlarla qarşılanan Tramp üçün tərəfdarları “Döyüş! Mübarizə!” şüarları səsləndiriblər.

Qeyd edək ki, Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı sui-qəsd cəhdinə məruz qalıb. O, qulağından güllə yarası alıb.