\
13 Yanvar 2025 - Bazar ertəsi

Türkiyədə dəhşətli zəncirvari qəza

Türkiyədə dəhşətli zəncirvari qəza
1271baxış
10 avtomobil toqquşub, xeyli yaralı var Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda zəncirvari qəza olub. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Avcıların Esenyurt E-5 quru yolunda on avtomobil toqquşub. Məlumata görə, qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.