\
18 Oktyabr 2024 - Cümə

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
1135baxış

Gözlənilən küləkli hava şəraiti ilə bağlı DYP hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə hərəkət iştirakçılarından yollarda diqqətli olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirmək, kifayət qədər ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamaq xahiş olunur.

Qeyd edilir ki, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.