\
6 Noyabr 2024 - Çərşənbə

İŞİD-in “qətliam quyusu" aşkar edildi!

İŞİD-in “qətliam quyusu" aşkar edildi!
1208baxış

İraqın Mosul şəhərinin Telafer bölgəsinin yaxınlığında aşkar edilən, terror təşkilatı İŞİD-in bölgəyə nəzarət etdiyi 2014-2017-ci illər arasında öldürülən telafərli türkmənlərin olduğu təxmin edilən kütləvi məzarlıqdan cəsədlərin qalıqlarının çıxarılması işlərinə başlanıb. 

Mediapess.az xəbər verir ki, illərdir, itkin düşən yaxınlarından xəbər ala bilməyən minlərlə İraq türkməni yaxınlarının cəsədlərinin İŞİD-in “qətliam quyusundan” çıxarılmasını gözləyirlər.

Terror təşkilatı İŞİD isə Telafer rayonundan təxminən 10 kilometr cənubda yerləşən və yerli xalq arasında “Allav Anter” quyusu kimi tanınan, dərinliyi 100 metrdən çox olan quyuya “Cəhənnəm quyusu” adını verilib.

İŞİD 9 iyun 2014-cü ildə bölgəni nəzarət altına aldıqdan sonra öldürdükləri minlərlə insanı bu quyuya atıb.

Türkmən qurumlarının, dərnəklərinin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bu kütləvi məzarlıq 10 ildən sonra İraq hökuməti tərəfindən açılıb və cəsədlər çıxarılmağa başlanıb. Quyuda 1000-dən çox Telafer türkməninin cəsədinin olduğunu bildirilir.

Rayonun bələdiyyə başçısı Halil Muhsin quyuda 1500-dən çox cəsədin olduğunu təxmin etdiklərini bildirib.

Muhsin Telaferdə tapılan quyudan başqa bir çox kütləvi məzarlığın olduğunu, lakin hələ də aşkar edilmədiyini bildirib.

Çıxarılan cəsədlər arasında çox sayda uşaq və qadına aid qalıqlar olduğunu bildirən başçı işlərin sürətləndirilməsini və DNT analizinin aparılmasını istəyib.

Könül Aypara

Mediapress.az