\
8 Sentyabr 2024 - Bazar günü

Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir

Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir
1238baxış

Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, şəbəkəyə giriş məhdudlaşdırılıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: “İnsanların başsağlıqlarına görə ölkədə instaqrama girişin məhdudlaşdırılmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.