\
21 Noyabr 2024 - Cümə axşamı

“Atası Nəsibənin ayaqqabılarını quyunun kənarında görərək aşağı enib…” - Video

“Atası Nəsibənin ayaqqabılarını quyunun kənarında görərək aşağı enib…” - Video
1452baxış

Cəlilabad rayonunun Moranlı kəndində 20 yaşlı qız və atası 15 metr dərinliyi olan quyuya düşərək ölüblər.

Mediapress.az-ın Baku TV-yə istinadən məlumatına görə, həmin gün Nəsibə Məmmədova evdə tək olubmuş. Anası müalicəsi ilə əlaqədar Bakıda imiş, atası 43 yaşlı Həsənağa Məmmədov isə qonşu kənddə qonaq olduğu üçün hadisədən vaxtında xəbər tuta bilməyib. O, evə gəldikdə qızının ayaqqabılarını quyunun kənarında görüb və onu xilas etmək üçün su borusu ilə aşağı enib. Lakin oksigensiz mühitdə hər iki şəxs boğularaq ölüb.

Qohumu Mahir Məmmədov bildirib ki, ailənin Nəsibədən başqa bir oğlan övladı da var.

Nişanlı olan N.Məmmədovanın toyu payızda olacaqmış.

Ata və qızı Moranlı kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.