Birinci müavin o oldu - İlk dəfə
1972
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.
Mediapress.az Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Rəşad Sahil oğlu İsmayılov gətirilib.
Yeni müavin bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində birinci müavin postu yaradılıb. Bununla da nazir müavinlərinin sayı 4-ə çatıb.