\
21 Noyabr 2024 - Cümə axşamı

Meymunçiçəyi epidemiyasına qarşı qlobal cavab tədbirləri görülməlidir

Meymunçiçəyi epidemiyasına qarşı qlobal cavab tədbirləri görülməlidir
1966baxış

Afrikada tüğyan edən mpox (meymunçiçəyi) epidemiyası xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün qlobal və əlaqələndirilmiş cavab tədbirləri tələb edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası məlumat yayıb.

"Mpox epidemiyası virusların sərhəd tanımadığını göstərən xəbərdarlıqdır. Test, müalicə və peyvənd çatışmazlığı Afrika ölkələri üçün peyvəndlərin əlçatanlığının təmin edilməsi də daxil olmaqla, əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Əhalinin daha həssas təbəqəsini qorumaq üçün səylər birləşdirilməlidir”, - federasiyanın baş əməkdaşı Nikol Bronvin bildirib.