Böhranların təsirlərinin aradan qalxması üçün gücləndirilmiş və əlaqələndirilmiş səylərə ehtiyac var - İƏT
1786
Böhranların təsirlərinin aradan qalxması üçün gücləndirilmiş və əlaqələndirilmiş səylərə ehtiyac var.
Mediapress.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyinin 19 avqust - Ümumdünya Humanitar Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Baş katiblik İslam prinsiplərinə əsaslanan, İƏT Nizamnaməsinə və böhranların həllinə sadiqliyini bir daha təsdiqləyir.
İƏT həmçinin dəstəyə görə üzv dövlətlərə, donorlara və tərəfdaşlara minnətdarlığını bildirib.