\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Putin Azərbaycana təşəkkür etdi

Putin Azərbaycana təşəkkür etdi
1167baxış

“Rusiya ölkədə rus dilinə diqqətə görə Azərbaycana minnətdardır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə deyib.

“Rus dilinin inkişafına ayırdığınız diqqət üçün sizə minnətdarıq. Azərbaycanda rus dilli 300 məktəb, eləcə də bizim aparıcı ali təhsil müəssisələrimizin filialları fəaliyyət göstərir”, - deyə Rusiya lideri qeyd edib.