Pakistanda 209 nəfər şiddətli yağışların qurbanı olub
1141
Pakistanda iyulun əvvəlindən güclü musson yağışları nəticəsində ölənlərin ümumi sayı 209 nəfərə çatıb, təxminən on min nəfər isə xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Nəşrin məlumatına görə, son 24 saat ərzində Pəncab əyalətində təbii fəlakət qurbanlarının sayı 14 nəfər artaraq 84 nəfərə çatıb.
Milli Fövqəladə Hallar Mərkəzi növbəti bir neçə gün ərzində ölkənin şimalında güclü leysanların davam edəcəyi barədə xəbərdarlıq edib.