\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ucarda ailə ilanlara görə evini tərk edib - VİDEO

Ucarda ailə ilanlara görə evini tərk edib - VİDEO
1466baxış

Ucar rayonunda evə ilanlar daraşıb.

Mediapress.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə Ucarın Qəzyan kənində Sevinc Rəhimovaya məxsus evdə baş verib.

Ev sahibləri artıq beş gündür ki, ilanların qorxusundan qonşuluqda qalmağa məcbur olublar. Hətta gündüz saatlarında da evə daxil ola bilmirlər.

Ev sakinləri evlərində qala bilmirlər.

S.Rəhimovanın sözlərinə görə, dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə olmayıb. Dörd nəfərdən ibarət olan ailə onlara ediləcək köməkliyi və yaşadıqları evə geri dönməyi gözləyirlər.