\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Qarabağ Universitetində bütün plan yerləri doldu

Qarabağ Universitetində bütün plan yerləri doldu
1049baxış

Xəbər verdiyimiz kimi, ötən gün universitetlərə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

Mediapress.az xəbər verir ki, bu tədris ilində ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin nəzərdə tutulan plan yerləri tam dolub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu təhsil müəssisəsinin gələcək tələbələrinin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.  

Qeyd edək ki, bu il qəbul imtahanında rekord nəticə qeydə alınıb. Ümumilikdə 55 656 nəfər tələbə adını qazanıb.