\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

COP29-da iştiraka ciddi hazırlaşırıq - Özbəkistan Prezidenti

COP29-da iştiraka ciddi hazırlaşırıq - Özbəkistan Prezidenti
1055baxış

Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.

"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.