\
16 Sentyabr 2024 - Bazar ertəsi

İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

İran Prezidenti ilk xarici səfərini İraqa edəcək
1008baxış

İran Prezidenti Məsud Pezeşkian prezident vəzifəsində ilk xarici səfərini İraqa edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq IRNA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, M.Pezeşkian İraqın baş naziri Məhəmməd əs-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.

Kazem əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın keçmiş prezidenti İbrahim Rəisinin dövründə razılıq əldə edilmiş bəzi sazişlərin imzalanması gözlənilir.

Səfir M.Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib