Vilayət Eyvazov Yevlaxda qəbul keçirəcək
1776
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən sentyabrın 19-da Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Mediapress.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.09.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.