\
16 Sentyabr 2024 - Bazar ertəsi

Mehriban Əliyevadan Səidlə bağlı paylaşım

Mehriban Əliyevadan Səidlə bağlı paylaşım
1963baxış

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Mediapress.az xəbər verir ki, bu barədə birinci xanım instaqram hesabında paylaşım edib:

“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”