\
5 Dekabr 2024 - Cümə axşamı

Yasamalda sakinlərin xəbəri olmadan evləri sökülür?

Yasamalda sakinlərin xəbəri olmadan evləri sökülür?
1883baxış

Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.

“Qafqazinfo”nun məlumatına görə, sakinlər bildirir ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb.

Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin hüquqşünası Cabbar Həsənov bildirib ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.

Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.

***

DİN-in Mətbuat xidətindən bildirilib ki, vətəndaşların müraciəti əsasında polis tərəfindən araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: