\
16 Sentyabr 2024 - Bazar ertəsi

Livan İsrail ərazisini atəşə tutub

Livan İsrail ərazisini atəşə tutub
1870baxış

İsrailin şimal rayonları Livan ərazisindən yenidən güclü atəşə tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin şimalına ümumilikdə 65-ə yaxın mərmi atılıb. İsrailin hava hücumundan müdafiə qüvvələri raketlərin bir hissəsini zərərsizləşdirib, digərləri isə yaşayış olmayan ərazilərə düşüb.

Bəzi ərazilərə mərmi qalıqlarının düşməsi nəticəsində yanğınlar başlayıb və hazırda xilasetmə xidmətiləri onların söndürülməsi ilə məşğuldur.