\
12 Fevral 2025 - Çərşənbə

Kulebanın istefası təsdiqləndi

Kulebanın istefası təsdiqləndi
1893baxış

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.

Bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Ukrayna Ali Radası Kulebanın vəzifədən azad olunmasını təsdiqləyib.

240 deputat Kulebanın vəzifədən getməsinin “lehinə” səs verib.

Jeleznyak əlavə edib ki, Kuleba Ali Radanın iclasına qatılmayıb.