\
5 Dekabr 2024 - Cümə axşamı

Əli İnsanovun məhkumluğu götürüldü

Əli İnsanovun məhkumluğu götürüldü
1224baxış

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun üzərindən götürülməsi ilə bağlı müraciətinə baxılıb. 

Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib.

Hakim Vüsal Tağıyevin qərarı ilə Əli İnsanovun məhkumluğu üzərindən götürülüb.

Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Ona 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Prezidentin 2019-cu ildə imzaladığı Əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.