\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda və əksər bölgələrdə elektrik enerjisinin verilişi təmin olunub

Bakıda və əksər bölgələrdə elektrik enerjisinin verilişi təmin olunub
1504baxış

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.  

Xatırladaq ki, bu gün Bakının və ölkənin enerji təchizatında uzunmüddətli yenidən problem yaranıb.

Mediapress.az