Sumqayıtda tələbə 7-ci mərtəbədən yıxılıb öldü
1370
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.