\
13 Oktyabr 2024 - Bazar günü

Trampla Harrisin debatı Kremlə maraqlı deyil

Trampla Harrisin debatı Kremlə maraqlı deyil
1384baxış

“Kreml ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatını izləməyəcək”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

“Baxmağı planlaşdırmırıq və nə isə gözləmək bizim deyil, amerikalı seçicilərin işidir”, - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, Trampla Harris arasında debat Filadelfiyada bu gün yerli saatla 21:00-da (Bakı vaxtı ilə sentyabrın 11-i saat 05:00-da) başlamalıdır. Debatı “ABC News” telekanalı yayımlayacaq. 

Onu da qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.