Toyda qonağı ölümcül hala salan saxlanıldı
1592
Göygöl rayonunda toyda düşən davaya görə cinayət işi başlanılıb.
Hadisə sentyabrın 11-nə keçən gecə Balçılı kəndində qeydə alınıb.
“Sərin” şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev döyülüb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
İlkin məlumata görə, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.