Volodin Qərbi hədələyib
1985
Moskva Qərb silahları ilə Rusiyaya qarşı hücumlara cavab verəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Rusiya şəhərlərinə hücumlar olarsa, buna cavab veriləcək və bu cavab daha güclü silahlarla olacaq.
Volodin qeyd edib ki, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şotls və Fransa prezidenti Emmanuel Makron Rusiyanı qarşısıalınmaz nəticələrə səbəb olacaq münaqişəyə təhrik edə bilər, bunun qarşısı alınmalıdır.