\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Fələstində bir ay ərzində 86 şagird ölüb

Fələstində bir ay ərzində 86 şagird ölüb
187baxış

İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə azı 10 dəfə zərbə endirib, 86 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında qeyd edilib.

"Təkcə sentyabr ayında 10 məktəbə zərbələr endirilib, nəticədə 86 nəfər həlak olub", - sənəddə bildirilib.

Məlumata görə, son üç gündə İsrail ən azı üç məktəbə - ikisi Qəzza şəhərində və biri Nuseyrat qaçqın düşərgəsindəki məktəbə zərbələr endirib. Bu hücumlarda 16-sı uşaq olmaqla 32 nəfər ölüb.