\
27 Sentyabr 2024 - Cümə

Lənkəranda 29 yaşlı gənci avtomobil vurub

Lənkəranda 29 yaşlı gənci avtomobil vurub
557baxış

Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

1995-ci il təvəllüdlü Ağazadə Anar Bəxtiyar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.