Ədliyyə nazirindən yeni vəzifəyə TƏYİNAT
Ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə rəis təyin edib.
Sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.
O, bu ilin iyun ayında Mətbuat Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.