Tovuzda şərab zavodunda yanğın olub

2213baxış
Tovuz rayonunun Qovlar şəhərindəkı şərab zavodunda yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə hissəsinin və ətraf rayonlardan yanğınsöndürən briqadalar cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Faktla bağlı araşdırma aparılır.