\
21 Noyabr 2024 - Cümə axşamı

Gəncədə partlayış olan binanın sakini: Əvvəl güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi

Gəncədə partlayış olan binanın sakini: Əvvəl güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi
2086baxış

Əvvəlcə güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncə şəhəri İsaq Cəfərov küçəsində partlayış baş verən beşmərtəbəli binanın sakini Yaşar Nəsibov deyib.

O, partlayışdan öncə ardıcıl ildırım çaxdığını və eşitdikləri gurultu səsinə oyandıqlarını söyləyib:

“Əvvəlcə bir neçə dəfə güclü ildırım çaxdı. Ailəliklə ildırımın səsinə oyandıq. Ardınca şiddətli gurultu eşidildi, qapı-pəncərə silkələndi. Səsin şokundan gurultunun qonşudakı partlayışın səsi olduğunu anında bilməmişdik.

Sonra pəncərədən gördüm ki, ətrafda dağıntı var. Öyrəndik ki, binada güclü partlayış olub, iki nəfər ölüb. Biz də, digər sakinlər də hələ hadisənin şokundayıq”.