\
21 Noyabr 2024 - Cümə axşamı

COP29-a hazırlıq işləri artıq son mərhələdədir - İlham Əliyev

COP29-a hazırlıq işləri artıq son mərhələdədir - İlham Əliyev
2234baxış

"COP29-a hazırlıq işləri artıq son mərhələdədir"

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir.

Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.