Putin artıq Kazandadır
2006
Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində səfərdədir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
“Prezident artıq Kazandadır. Qrafikdə heç bir dəyişiklik yoxdur, hər şey plan üzrə gedir”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, bu gün Kazanda BRICS sammiti başlayır. Putin sammitdə iştirak edəcək bir neçə qonala ikitərəfli görüşlər keçirəcək. Sammit oktyabrın 24-nə qədər davam edəcək.