\
12 Dekabr 2024 - Cümə axşamı

Moldova MSK: Maya Sandu 55,41% səs topladı

Moldova MSK: Maya Sandu 55,41% səs topladı
1749baxış

Moldova MSK: Maya Sandu 55,41% səs toplayıb

 
Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
 
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
 
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
 
Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
 
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.