\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabah hava necə olacaq? - RƏSMİ

Sabah hava necə olacaq? - RƏSMİ
1780baxış

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KİV-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 8-də hava şəraitinin yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz isə 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək. İyulun 8-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyulun 8-də hava şəraitinin yağmursuz keçəçəyi gözlənilir, lakin  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38° isti, dağlarda gecə  13-18° isti, gündüz  23-28° isti təşkil edəcək.

Mediapress.az