\
12 Dekabr 2024 - Cümə axşamı

Seçkiyə ayrılacaq vəsait məlum oldu

Seçkiyə ayrılacaq vəsait məlum oldu
1694baxış

Növbəti il seçki və statistika tədbirləri üçün dövlət büdcəsindən 35 milyon 57 min manat vəsait xərclənəcək.

Mediapress.az-ın məlumatına görə, bu barədə dövlət büdcəsi zərfində deyilir.

Bundan başqa dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün 1 milyard 735 milyon 544 min manat ayrılacaq.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. \Modern.az\