Ermənistanda zəlzələ oldu
1152
Ermənistanda zəlzələ baş verib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yeraltı təkanlar Stepanavan şəhərindən 11 kilometr şimal-qərbdə qeydə alınıb.
Episentrdə zəlzələnin gücü 4-5 bal təşkil edib.
Bununla yanaşı, zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də Lori vilayətinin bir neçə kəndində 3-4 maqnitudada hiss edilib.