\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Evdən meyit tapıldı

Evdən meyit tapıldı
1575baxış

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Mənsurova Elmira Məhər qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. (FHN)

Mediapress.az