\
19 Dekabr 2024 - Cümə axşamı

Ər-arvadın 10 ay əvvəl qətli ilə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğa həvalə edilib

Ər-arvadın 10 ay əvvəl qətli ilə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğa həvalə edilib
1135baxış

Salyanda 10 ay əvvəl ər və arvadın qətlə yetirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı rayon prokuroluğundan alınaraq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu bardədə APA-nın Mil-Muğan bürosuna ailənin səlahiyyətli nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Hüquq müdafiəçisi qeyd edib ki, Salyan rayon sakinləri - Məmmədov İsrafil Əliməmməd oğlu və onun həyat yoldaşı Məmmədova Minəvər Rza qızının bu il fevralın 28-də müəmmalı şəkildə qəsdlə öldürülmələri faktına dair Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb. Oktyabrın 2-də təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb:

“Yaranmış vəziyyətdən narazı qalan mərhumların ailə üzvlərinin Baş Prokurorluğa ardıcıl müraciətlərdən sonra dekabrın 6-da Baş prokuror Kamran Əliyev iş üzrə mərhumların hüquqi varisini - oğlu Kamil Məmmədovu qəbul edib. Artıq bu gün aldığımız məlumata görə, cinayət işi üzrə icraat təzələnib. Göstərişə əsasən, istintaq bundan sonra Baş Prokurorluğunun İstintaq İdarəsində davam etdiriləcək”.