\
24 Dekabr 2024 - Çərşənbə axşamı

Vəzifəli şəxs hamamda yıxılıb öldü

Vəzifəli şəxs hamamda yıxılıb öldü
1133baxış

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.

Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.

Bildirilir ki, “JEK” rəhbəri infarktdan həyatını itirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.