Təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Yenilənib
590
Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.
“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib.
**
AZAL sərnişinlərin sayı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, göyərtədə 62 sərnişin olub. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşıdır.
Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.