\
15 Yanvar 2025 - Çərşənbə

Qəzada yaralananlar xəstəxanaya çatdırılır - Video

Qəzada yaralananlar xəstəxanaya çatdırılır - Video
1131baxış

Xəbər verdiyimiz kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau hava limanına eniş edərkən qəzaya düşüb.

Mediapress.az“Sputnik Qazaxıstan”a istinadən məlumatına görə, qəzada yaralananların Qazaxıstanda təcili yardım avtomobilləri ilə xəstəxanaya aparılmasının görüntüləri yayılıb.

Yaralılardan 7 nəfərin ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyi bildirilir.

Xəsarət alanlardan ikisi 11 və 16 yaşlı uşaqlardır. Onlar uşaq xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, 28 nəfərin sağ qaldığı bildirilir.

Yaralıların xəstəxanaya çatdırılma anının görüntülərini təqdim edirik: