Boğazına yelləncəyin ipi dolandı, boğulub öldü
1239
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində olub.
Belə ki, yeniyetmə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində boğularaq ölüb.
Qeyd edək ki, Kazımabad kənd sakini olan 14 yaşlı qız yaxınlarının evinə qonaq gedibmiş.
Faktla bağlı araşdırma aparılır.