Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
572
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.
“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Tokayev iclasa qəzada həlak olanların yaxınlarına başsağlığı verərək başlayıb.
Onun sözlərinə görə, hökumət komissiyasına və Baş prokurorluğa digər müvafiq orqanlarla birlikdə qəzanın hərtərəfli və obyektiv araşdırılmasını təmin etməklə bağlı göstəriş verilib.
Bununla yanaşı, Tokayev bütün ölkədə aviasiya təhlükəsizliyinin dəqiq öyrənilməsinin zəruriliyini qeyd edib.