\
8 Yanvar 2025 - Çərşənbə

Bayram günlərində 40 nəfər zəhərlənib

Bayram günlərində 40 nəfər zəhərlənib
1135baxış

Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə 40 müraciət daxil olub.

Mediapress.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. 

Bildirilib ki, bayram tətili günlərində, yəni dekabr ayının 30-dan yanvarın 6-na qədər KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub. 

Müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir. 

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.