\
15 Fevral 2025 - Şənbə

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
1563baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir.

"Report"un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.