Dostları Ümidi son mənzilə avtoşluqla yola saldı - Video
581
Xəbər verildiyi kimi, yanvarın 12-dən 13-nə keçən gecə Gəncədə Ümid Əlizadə adlı 24 yaşlı oğlan özünü asaraq həyatına son qoyub.
Gəncin dəfn mərasimində xüsusi bir məqam diqqət çəkib.
Belə ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn zamanı mərhumun dostları avtoşluq ediblər.
Xatırladaq ki, bundan öncə Ümid Əlizadənin son mənzilə musiqi sədaları altında yola salındığı, həmçinin tabutunu “gəlin maşını”nın müşayiət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.